RU

Ekvadorda sərnişin avtobusu çaya düşüb - 11 nəfər ölüb

Ekvadorun cənubunda sərnişin avtobusunun yoldan çıxaraq çaya düşməsi nəticəsində 11 nəfər ölüb.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, avtobus El Çorro körpüsünün yaxınlığındakı dayaz çaya düşüb və zərbədən sonra alovlanıb.

Əraziyə çoxsaylı yanğınsöndürmə, tibbi və axtarış-xilasetmə qrupları göndərilib və qəzada 11 nəfər həyatını itirib, 22 nəfər yaralanıb.

Xəstəxanalara aparılan yaralılardan bəzilərinin vəziyyəti ağırdır və ölənlərin sayı arta bilər. Qəzanın səbəbləri ilə bağlı araşdırma başlanılıb.

İlahə Qənbərli

Missiya.Az

Избранный
21
missiya.az

1Источники