RU

İsrail Livanda Litani çayının sonuncu körpüsünü məhv edib

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın cənubundadavam edən əməliyyatlar çərçivəsində Litani çayının üzərindəkisonuncu işlək körpünü aviazərbələrlə dağıdıb.

Trend bu barədəxarici mediaya istinadən xəbər verir.

Qeyd edək ki, Kəsmiyə körpüsü Tir şəhərində yerləşirdi.

Livan (Hizbullah) – İsrail münaqişəsinin hazırkı mərhələsi 2martdan etibarən yenidən alovlanıb və toqquşmalar 28 fevraldaABŞ-İsrailin İrana qarşı başladığı müharibədən sonra "Hizbullah"ınİsrailə raket hücumları ilə genişlənib.

Son məlumatlara görə, İsrailin genişmiqyaslı hava və quruəməliyyatları nəticəsində Livanda 2 mindən çox insan həlak olub, 1milyondan çox insan köçkün düşüb. İsrail isə minlərlə "Hizbullah"döyüşçüsünün zərərsizləşdirildiyini bildirir. "Hizbullah" isəİsrailə minlərlə raket və PUA hücumu həyata keçirib.

Məqalədə:
Избранный
8
az.trend.az

1Источники