Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:
" Karapetyanın Rusiya və Kipr vətəndaşlığından imtina etməsi və seçkilərdə iştirakının mümkünlüyü hələ sual altındadır. Ermənistan hakimiyyəti buna nə dərəcədə rəvac verəcək, hələ məlum deyil. Lakin bütün hallarda sözü gedən şəxsin Ermənistanda kifayət qədər nüfuza və dəstəyə sahib olmaması məlumdur. Belə olduğu halda Rusiya onu yalnız seçki deyil, çevriliş nəticəsində hakimiyyətə gətirə bilər ki, bu da hazırda real görünmür. Çünki Ermənistan hakimiyyəti hazırda Qərb tərəfindən diqqət mərkəzindədir və hakimiyyətin özü də sülhdən sonra yerini bərkidib. Lap iyunda keçiriləcək seçkilərdə Karapetyan iştirak etsə belə, Paşinyan üçün real rəqib olmaq gücündə deyil. Lakin Rusiya vasitəsi ilə, Ermənistandakı əlaltılarının əli ilə pozuculuq təhlükəsi yarada, kütləvi etirazlar kimi xaosa cəhd edə bilər. Bu da vəziyyəti gərginlik həddinə çatdırıb hakimiyyəti dəyişə bilməsələr belə Rusiyanın müəyyən maraqlarını diktə etmək üçün zəmin naminə edilə bilər. Bütün hallarda Paşinyan hakimiyyəti bu ehtimalları düşünür və əgər Karapetyanın ciddi problem yaratmaq ehtimalı olarsa onun ümumiyyətlə seçkidə iştirakına imkan yaratmaya bilər".
Zeynəb Mustafazadə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31