RU

Azərbaycanlı pilot Portuqaliyada kartinq turnirin qalibi oldu

Azərbaycanlı pilot Davin Cəfərov Portuqaliyada keçirilən “TAG Livre Portuguese Trophy” kartinq turnirinin qalibi olub.

Fanat.Az xəbər verir ki, o, “KIRO - Karting International West Region” trekində təşkil olunan yarışda bütün rəqiblərini qabaqlayıb.

Turnirdə Portuqaliya, İtaliya, Cənubi Afrika, Anqola və Böyük Britaniyadan olan pilotlar mübarizə aparıblar.

Qeyd edək ki, “Formula-1”ə yüksəlməyi hədəfləyən Davin Cəfərovun cari ildə “Formula-4”də rəsmi debütü ilə bağlı qeyri-müəyyənlik davam edir.

Избранный
19
6
fanat.az

7Источники