RU

Sabunçu tunelində asfalt örtüyü çöküb - VİDEO

Paytaxtın Sabunçu rayonu ərazisində yerləşən tuneldə asfalt örtüyünün çökməsi qeydə alınıb.

Musavat.com xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Paylaşılan kadrlarda yolun müəyyən hissəsində ciddi deformasiyanın yarandığı görünür.

Sosial şəbəkə istifadəçilərinin sözlərinə görə, çökmə son günlər paytaxtda müşahidə olunan intensiv yağışlardan sonra baş verib.

Qeyd edək ki, güclü yağışlar səbəbindən Sabunçu tuneli bir müddət əvvəl nəqliyyatın hərəkəti üçün bağlanmışdı.

Şahanə Rəhimli
Musavat.com

Избранный
28
musavat.com

1Источники