RU

İran ABŞ və İsraili “müharibə cinayətlərinə görə” məsuliyyətəÇAĞIRDI

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ və İsraili İran rəhbərliyinə qarşı sui-qəsd iddiaları ilə bağlı məsuliyyətə cəlb etməyə çağırıb.

Redaktor.az xəbər verir ki, o, bu barədə "RİA Novosti"yə açıqlamasında bildirib.

Bəqayi qeyd edib ki, İran bu məsələdə tək deyil və beynəlxalq ictimaiyyət də məsuliyyət tələb etməlidir: “ABŞ və İsrailin etdikləri beynəlxalq sülh və təhlükəsizliyə qarşı cinayətdir. Bu, müharibə cinayəti və insanlığa qarşı cinayətdir”.

O, 1949-cu il Cenevrə Konvensiyalarının ümumi 1-ci maddəsinə istinad edərək bütün dövlətlərin beynəlxalq humanitar hüquqa riayət etmə öhdəliyini xatırladıb.

Sözçü əlavə edib ki, BMT üzv dövlətləri ABŞ və İsrailin hərəkətlərinə görə məsuliyyət tələb etməlidir.

Aminə ŞAHSUVARQIZI

 

Избранный
3
2
redaktor.az

3Источники