
Cari ilin yanvar-mart aylarında Azərbaycandan dünyanın digər ölkələrinə 2,501 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 5,078 milyon ton xam neft və neft məhsulları ixrac edilib.
Kommersant.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 836 milyon ABŞ dolları və ya 25,1% azalıb, fiziki ifadədə isə 934 min ton və ya 15,5% azalma qeydə alınıb.
Bu ilin yanvar-mart aylarında Azərbaycandan ən çox neft idxal edən ölkələrin ilk üçlüyünə İtaliya (3,273 milyon ton, 1,614 milyard dollar), Çexiya (355,5 min ton, 184,3 milyon dollar) və Rumıniya (372 min ton, 178,6 milyon dollardan çox) daxil olub.
Cədvəldə 2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan xam neft və neft məhsullarını idxal edən ən iri 10 ölkə göstərilib:
Ölkə
İdxal həcmi
İdxal dəyəri (ABŞ dolları ilə)
İtaliya
3 273 515.13
1 614 411 760
Çexiya
355 470.34
184 328 190
Rumıniya
372 051.77
178 619 930
Almaniya
270 476.00
127 484 410
Portuqaliya
223 549.41
112 357 890
Tunis
183 708.58
94 503 370
Bolqarıstan
130 821.20
67 865 340
Xorvatiya
86 166.17
40 819 950
Türkiyə
56 030.91
25 891 250
Fransa
61 000.04
24 140 000
Digər
65 044 780
30 287 430
Qeyd edək ki, Azərbaycandan çıxarılan neft qonşu ölkələrə və dünya bazarlarına üç neft kəməri vasitəsilə nəql olunur: Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan (BTC). Hazırda Bakı-Supsa kəməri ilə neftin ixracı dayandırılıb.