RU

Rusiyada terror hücumlarının sayı 2025-ci ildə dron hücumları səbəbindən ikiqat artıb

Rusiyada 2025-ci ildə terror hücumlarının sayı əsasən dron və artilleriyadan istifadə edilməsi səbəbindən ikiqat artıb.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya baş prokuroru Aleksandr Qutsan Federasiya Şurasına ölkədə qanun və qaydanın vəziyyəti ilə bağlı hesabatı zamanı bildirib.

Onun sözlərinə görə, bu tendensiyanın əsas səbəbi ölkəyə qarşı artan təcavüz olub ki, bu da terrorçu və ekstremist fəaliyyətin artmasına birbaşa təsir edib: “Bu şəraitdə prokurorluğun tələbi ilə sənaye, enerji və nəqliyyat sektorundakı şirkətlər təhlükəsizlik tədbirlərini gücləndirməyə başlayıblar. Bura obyektlərin perimetrinin gücləndirilməsi və elektron müharibə sistemləri də daxil olmaqla mövcud qoruyucu vasitələrin alınması daxildir”.

Lakin baş prokuror indiyə qədər görülən tədbirlərin yetərli olmadığını vurğulayıb. O, diqqəti ciddi ziyana səbəb olan dronların davam edən hücumlarına yönəldib. Qutsan həmçinin ekstremist fəaliyyətin artmasına da toxunub ki, bunun da əksəriyyəti internetdə baş verir. Buna cavab olaraq, 2025-ci ildə Baş Prokurorluğun tələbi ilə Roskomnadzor 62000 internet səhifəsinə girişi məhdudlaşdırıb.

Bəxtiyar CƏFƏRLİ

Избранный
14
herbiand.az

1Источники