RU

Naqif Həmzəyev: “Gəncədə görmək istədiyimiz insanlarla Bakı bulvarında qarşılaşırıq, bu, bizi narahat etməlidir...”

“Bakıdakı universitetləri regionlara köçürməklə problemi qismən həll edəcəyik. Məsələn, Gəncə ağır metallurgiya, sənaye şəhəridir. Bunu artırmaq üçün həmin ixtisasları verən universitetləri gücləndirməliyik. Bakıdakı universitet fakültələrinin filiallarını aça bilərik. Qubada turizmi inkişaf etdirə bilərik və s. Universitetlərin hamısını bölgələrə köçürsək, istənilən halda yenə də məzun Bakıya gələcək”.

 

Pravda.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Naqif Həmzəyev "Xəbərimiz var" verilişində deyib.

 

Deputatın sözlərinə görə, Bakıda tələbələr məcburiyyət qarşısında qalıb ixtisas seçirlər ki, ən azından məzun olsunlar: “600-dən yuxarı bal toplayan abituriyentlərin neçə faizi region universitetlərini seçib? Gəncədəki Azərbaycan Dövlət Aqrar Universitetinin imkanları heç bir universitetdə yoxdur. Halbuki bu universiteti seçən tələbələrin topladıqları bal nə qədərdir? Beynəlxalq sertifikatların nəticəsinə görə də universitet seçmə imkanı verməliyik. Bakıya köç artıq problemləri gətirir. Özümüz də bilmədən gizli işsizliyi təşviq edirik. Bakı yüklənir, halbuki maksimum iki milyon insana yetəcək qədərdir. Bu, uzun illərdir, Bakıda yaşayan insanların da xərclərini artırır, istər-istəməz Bakı sakinlərini narahat edir. Bacardığımız qədər yeni mənzil fondunun artırılmasını regionlara yönəldək. Onsuz da yağış yağan kimi ciddi problemlərlə qarşılaşırıq. Kanalizasiya sistemləri kifayət etmir. Cəlbedici şəhərlər modeli ortaya qoya bilməsək, bir müddət sonra Bakını itirəcəyik. Bakı özü özünü yeməyə başlayacaq. Azərbaycan Bakıdan ibarət deyil. Gəncədə görmək istədiyimiz insanlarla Bakı bulvarında qarşılaşırıq. Bu, bizi narahat etməlidir...”.

 

Aytəkin Qardaşova

Tarix: 16 Aprel 2026, 12:37   
Избранный
15
pravda.az

1Источники