RU

Bakıda ictimai yerdə biabırçı davranış - VİDEO

Paytaxtın insanların sıx hərəkət etdiyi ərazilərindən biri olan İnşaatçılar metrosu yaxınlığında xoşagəlməz hadisə baş verib.

Milli.Az xəbər verir ki, ictimai yerdə olan bir şəxs qeyri-etik hərəkətlər edərək ətrafdakı insanların narahatlığına səbəb olub.

Şahidlərin sözlərinə görə, həmin şəxsin narkotik təsiri altında olduğu ehtimal edilir. Onun davranışları xüsusilə azyaşlı qızlar və qadınlar arasında narahatlıq yaradıb, insanlar ərazidən utanc hissi ilə uzaqlaşmağa məcbur olublar.

Hadisənin görüntüləri vətəndaşlar tərəfindən Baku Media xəbər portalına göndərilib və ictimailəşdirilməsi xahiş olunub. Eyni zamanda, hüquq-mühafizə orqanlarından sözügedən şəxs barəsində tədbirlərin görülməsi xayiş edilir.

Milli.Az

Избранный
5
3
milli.az

4Источники