RU

 2026 İran müharibəsi fonunda QHT-lərin fərqli mövqeləri

2026-cı ilin fevralın 28-də başlayan İran müharibəsi beynəlxalq QHT-lər arasında geniş müzakirələrə səbəb olub. Amnesty International, Human Rights Watch, Oxfam və digər təşkilatlar əsasən mülki əhalinin qorunması, beynəlxalq humanitar hüquqa əməl edilməsi və münaqişənin genişlənməsinin qarşısının alınmasını tələb ediblər.

QHT.az xarici mediaya istinadən bildirir ki, bəzi QHT-lər ABŞ və İsrailin hərbi addımlarını sərt tənqid edərək onları “qanunsuz hücum” kimi qiymətləndirib, digər bəyanatlarda isə müharibənin regionda ciddi humanitar böhran yaratdığı vurğulanıb və tərəflərdən təmkin nümayiş etdirmək tələb olunub.

Ümumilikdə, QHT-lərin mövqeləri müxtəlif istiqamətlərdə formalaşıb: bir qismi hüquqi və humanitar çərçivəyə fokuslanarkən, digərləri siyasi və geosiyasi səbəbləri ön plana çəkib. Bu fərqli yanaşmalar müharibə ətrafında beynəlxalq ictimaiyyətdə ziddiyyətli debatları daha da gücləndirib.

Избранный
7
qht.az

1Источники