RU

Maşını etibarnamə ilə sürmək niyə risklidir? Mütəxəssis səbəbləri AÇIQLADI VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bəzi sürücülər istər taksi fəaliyyəti, istərsə də fərdi məqsədlərlə avtomobilini etibarnamə ilə idarə edir. Bu isə özü ilə müəyyən problemlərə gətirib çıxarır.

Avtosfer.az xəbər verir ki, bu barədə “Avto FM” radiosunun efirində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov danışıb.

Onun sözlərinə görə, bir çox vətəndaş avtomobili rəsmi qaydada öz adına keçirmək əvəzinə etibarnamə yolu ilə əldə etməyə üstünlük verir. Lakin bu, əslində avtomobilin alınması deyil, sadəcə müəyyən müddətə istifadə hüququnun verilməsi deməkdir.

Aqil Rəhimov bildirib ki, belə hallarda ən böyük risklərdən biri avtomobil sahibinin vəfat etməsidir. Bu zaman etibarnamə avtomatik olaraq qüvvədən düşür və nəqliyyat vasitəsi hüquqi olaraq varislərə keçir. Nəticədə avtomobili istifadə edən şəxs ciddi problemlərlə üzləşə, hətta nəqliyyat vasitəsini itirə bilər.

Aqil Rəhimov qeyd edib ki, digər risk isə avtomobil sahibinin fikrini dəyişməsi ilə bağlıdır. Belə hallarda avtomobilin geri tələb olunması mümkündür və istifadəçi etdiyi əlavə xərcləri geri ala bilmir.

Bundan əlavə, avtomobil sahibinin bank borcları və ya digər maliyyə öhdəlikləri olduqda, nəqliyyat vasitəsinə həbs qoyula və ya müsadirə edilə bilər. Bu isə etibarnamə ilə istifadə edən şəxs üçün əlavə risk yaradır.

Aqil Rəhimov vurğulayıb ki, etibarnamə ilə verilən avtomobillərlə bağlı cərimələr də əsasən rəsmi sahibin adına yazılır. Etibarnamənin müddəti bitdikdən sonra isə məsuliyyət məsələləri daha da mürəkkəbləşir və hüquqi çəkişmələr yarana bilər.

Ekspert sürücülərə tövsiyə edib ki, avtomobil alarkən mütləq şəkildə onu öz adlarına rəsmiləşdirsinlər, satarkən isə yeni sahibin adına keçirilməsini tələb etsinlər. Onun sözlərinə görə, rüsumlardan yayınmaq məqsədilə etibarnaməyə üstünlük vermək sonradan daha böyük maddi itkilərlə nəticələnə bilər.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
31
avtosfer.az

1Источники