RU

Azərbaycan neftinin ən böyük idxalçıları açıqlanıb

Bakı.Trend:

Cari ilin yanvar-mart aylarında Azərbaycandan dünyanın digərölkələrinə 2,501 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardanəldə edilən 5,078 milyon ton xam neft və neft məhsulları ixracedilib.

Trend DövlətGömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrüilə müqayisədə bu göstərici dəyər ifadəsində 836 milyon ABŞ dollarıvə ya 25,1% azalıb, fiziki ifadədə isə 934 min ton və ya 15,5%azalma qeydə alınıb.

Bu ilin yanvar-mart aylarında Azərbaycandan ən çox neft idxaledən ölkələrin ilk üçlüyünə İtaliya (3,273 milyon ton, 1,614milyard dollar), Çexiya (355,5 min ton, 184,3 milyon dollar) vəRumıniya (372 min ton, 178,6 milyon dollardan çox) daxil olub.

Cədvəldə 2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan xamneft və neft məhsullarını idxal edən ən iri 10 ölkə göstərilib:

Ölkə

İdxal həcmi

İdxal dəyəri (ABŞ dolları ilə)

İtaliya

3 273 515.13

1 614 411 760

Çexiya

355 470.34

184 328 190

Rumıniya

372 051.77

178 619 930

Almaniya

270 476.00

127 484 410

Portuqaliya

223 549.41

112 357 890

Tunis

183 708.58

94 503 370

Bolqarıstan

130 821.20

67 865 340

Xorvatiya

86 166.17

40 819 950

Türkiyə

56 030.91

25 891 250

Fransa

61 000.04

24 140 000

Digər

65 044 780

30 287 430

Qeyd edək ki, Azərbaycandan çıxarılan neft qonşu ölkələrə vədünya bazarlarına üç neft kəməri vasitəsilə nəql olunur:Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan (BTC). HazırdaBakı-Supsa kəməri ilə neftin ixracı dayandırılıb.

Məqalədə:
Избранный
19
4
az.trend.az

7Источники