RU

Məktəb hücumunun dəhşətli detalları bilindi

Kahramanmaraş Baş Prokurorluğu təhsil aldığı məktəbə silahlı hücum təşkil edən və 9 nəfəri öldürən 14 yaşlı 8-ci sinif şagirdi İsa Aras Mersinlinin kompüterində yaxın dövrdə böyük bir əməl planlaşdırdığına dair 11 aprel 2026-cı il tarixli sənədin aşkar edildiyini açıqlayıb.

“Cebheinfo.az” “Haberler.com”-a istinadən xəbər verir ki, Kahramanmaraşda 14 yaşlı İsa Aras Mersinli polis əməkdaşı olan atasına məxsus silahla oxuduğu məktəbdə qətliam törədib.

5 ədəd tapança və 7 daraqla məktəbə gedən İsa Aras Mersinlinin hücumu nəticəsində 9 nəfər həyatını itirib. Onun kompüterində aparılan araşdırma zamanı 11 aprel tarixində hazırlanmış və yaxın vaxtda böyük bir əməl planlaşdırdığına dair qeyd aşkarlanıb.

Kahramanmaraşda baş verən hadisə ilə bağlı başladılan istintaq çərçivəsində İsa Aras Mersinlinin atası Uğur Mersinli və müəllim olan anası Peyman Pınar Mersinli saxlanılıb.

Ata Mersinli həbs olunub, ananın isə istintaq prosesi davam edir. Türkiyə Daxili İşlər Nazirliyinə bağlı Emniyet Genel Müdürlüğü (EGM) atasının həbs edildiyini açıqlayıb.

EGM-nin sosial media hesablarında verilən məlumatda bildirilib:

“Hadisəni törədən şəxsin atası Uğur Mersinli 15 aprel tarixində saxlanılıb və məhkəmənin qərarı ilə həbs olunub. Şəxsin yaşadığı ünvanda və atasına məxsus avtomobildə aparılan axtarışlar zamanı əldə edilən rəqəmsal materiallar götürülərək araşdırılır.

Hadisə yerində baxış prosesi yekunlaşıb, kamera görüntüləri daxil olmaqla bütün sübutlar diqqətlə qiymətləndirilir.

İlkin nəticələrə əsasən, hadisənin terrorla əlaqəsi müəyyən edilməyib və fərdi hücum olduğu qiymətləndirilir”.

Silahlı hücum zamanı Kahramanmaraşın Onikişubat rayonundakı Ayser Çalık orta məktəbin riyaziyyat müəllimi Ayla Kara, şagirdlər Furkan Bala, Bayram Nabi Şişik, Belinay Poyraz, Zeynep Kılıç, Şuranur Sevgi Kazıcı, Kerem Erdem Gürgör və Adnan Göktürk Yeşil həyatını itiriblər.

Qeyd edək ki, sonda İsa Aras Mersinli hücumda istifadə edilən eyni silahla özünü güllələyərək öldürüb.

Kahramanmaraş Baş Prokurorluğu tərəfindən verilən yazılı açıqlamada bildirilib ki, istintaq Kahramanmaraş Baş Prokurorluğunun 3 müavini və 10 prokuror tərəfindən aparılır:

“Kahramanmaraşda məktəbə silahlı hücum zamanı 8 şagird və 1 müəllim ölüb. 6-sının vəziyyəti ağır olmaqla 13 şagird isə yaralanıb. Artıq həlak olanların ekspertiza və autopsiya prosedurları tamamlanaraq cəsədləri ailələrinə təhvil verilib”.

Məlumatda qeyd olunub ki, hadisədə istifadə olunan silahlar hücumçunun atası, polis baş müfəttişi Uğur Mersinliyə məxsus qanuni silahlar olub.

Избранный
26
1
cebheinfo.az

2Источники