RU

“Time” nəşri ən məşhur 100 insanın adını açıqladı Siyahıdakı tək türk Fatih Birol kimdir?

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Beynəlxalq Enerji Agentliyinin (BEA) prezidenti Fatih Birol "Time" nəşrinin məşhur 100 siyahısına ikinci dəfə daxil olub.

Sənətkarlardan liderlərə, idmançılardan iş adamlarına qədər dünyanın ən güclü adlarını özündə birləşdirən siyahıda Türkiyədən təkcə Fatih Birol bu siyahıda yer alıb.

Qlobal enerji siyasətinin aparıcı fiqurlarından biri olan Fatih Birol hazırda Beynəlxalq Enerji Agentliyinin icraçı direktorudur. O, bu vəzifəyə 2015-ci ildə təyin olunub və həmin vaxtdan etibarən dünya enerji bazarlarında baş verən dəyişikliklərin təhlili və istiqamətləndirilməsində mühüm rol oynayır.

Türkiyə əsilli iqtisadçı olan Birol akademik təhsilini enerji iqtisadiyyatı sahəsində alıb və karyerasına enerji bazarlarının araşdırılması ilə başlayıb. O, uzun illər Beynəlxalq Enerji Agentliyində müxtəlif yüksək vəzifələrdə çalışıb, xüsusilə də təşkilatın baş iqtisadçısı kimi tanınıb. Bu dövrdə hazırlanan qlobal enerji hesabatları (məsələn, “World Energy Outlook”) onun rəhbərliyi ilə beynəlxalq enerji siyasətində əsas istinad mənbələrindən birinə çevrilib.

Fatih Birolun rəhbərliyi dövründə Beynəlxalq Enerji Agentliyi yalnız neft və qaz bazarlarına fokuslanan qurumdan daha geniş – bərpa olunan enerji, enerji keçidi və iqlim dəyişiklikləri ilə mübarizə istiqamətində fəaliyyət göstərən platformaya çevrilib. 

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
22
azpolitika.info

1Источники