RU

Müdafiə Nazirliyinin hərbi həkim komissiyasının sabiq rəisinin məhkəməsi başladı

BAKI, 16 aprel. TELEQRAF

Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının sabiq rəisi Rasim Əlövsət oğlu Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf-ın xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili Sabir Abdinov vəsatət verib.

O, bildirib ki, müvəkillinin 4500 manat rüşvət almaqdan ittiham olunduğu hissə ümumi ittihamdan xaric olunmalıldır. Rasim Həsənov həmin vaxt Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının nə rəisi, nə də komissiyanın üzvü olub.

Həmçinin müvəkkilimin himayəsində azyaşlı övladı olduğunu bu səbəbdən onun ev dustaqlığına buraxılmasını xahiş edib.

Dövlət ittihamçısı ev dustaqlığı vəsatətinin təmin edilməməsini, digər vəsatətin isə məhkəmə baxış iclasında baxılmalı olduğunu deyib.

Məhkəmə ev dustaqlığı vəsatəti təmin edilməməsi, digər vəsatətin baxılmamış saxlanılması, işin baxışa verilməsi barədə qərar qəbul edib.

Növbəti məhkəmə prosesi aprelin 23-nə təyin olunub.

Qeyd edək ki, Rasim Həsənovun Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının rəisi vəzifələrində işlədiyi dövrdə vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət alması və digər qanunsuz əməllərə yol verməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

İbtidai istintaqla Rasim Həsənovun 2021-2025-ci illərdə sözügedən vəzifələrdə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona müraciət etmiş hərbi qulluqçuların şəhadətləndirilərək tərxis olunmaları üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində təkrarən almasına və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rasim Həsənova Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Избранный
24
25
teleqraf.com

10Источники