RU

“The Wall Street Journal”: Tramp İranı danışıqlar masasına qaytarmağın yolunu açıqladı

Tramp Niderland kralı və kraliçasına İranla müharibəni tez bitirmək istədiyini bildirib.

İnterpress.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Ağ Evdə təşkil olunan özəl şam yeməyi zamanı ABŞ Prezidenti Donald Tramp Niderland Kralı və Kraliçası ilə görüşündə maraqlı açıqlama verib.

Tramp İranla davam edən müharibəni tez bir zamanda başa çatdırmaq niyyətində olduğunu bildirib.

ABŞ Prezidenti qeyd edib ki, Tehranı yenidən danışıqlar masasına qaytarmağın yeganə yolu onlara qarşı “təzyiqi artırmaq”dır.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
45
interpress.az

1Источники