RU

“Bu, sadəcə məsuliyyətsizlik deyil, həm də mədəniyyətsizlikdir”- Leyla Turan

Bakıda bulvar ərazisində əkilmiş güllərin bəzi şəxslər tərəfindən məhv edilməsi cəmiyyətdə ciddi narazılıq yaradıb.

Jurnalist Leyla Turan məsələ ilə bağlı QHT.az-a açıqlamasında  bildirib ki, bu cür davranışlar cəmiyyət üçün qəbuledilməzdir: “Bu, sadəcə məsuliyyətsizlik deyil, həm də mədəniyyətsizlikdir. Güllər baxmaq üçündür, onları məhv etmək üçün yox. Bu gözəlliyi yaratmaq üçün böyük zəhmət çəkilir və vətəndaş olaraq hər kəs buna hörmət etməlidir.”

Onun sözlərinə görə: “Bu gözəlliyi yaratmaq üçün böyük zəhmət çəkilir və vətəndaş olaraq hər kəs buna hörmət etməlidir”.Güllər baxmaq üçündür, onları məhv etmək üçün yox.Bir neçə gün öncə xəbər saytlarında bu hadisə barədə oxuyanda, çox məyyus oldum. Gözlərimə inanmadım. Düşündüm görəsən doğurdanmı bunu insan edib? İnanmaq istəmirdim. Dedim bəlkə heyvan edib. İt və ya pişik. Sən demə yox... Dünən isə blogerlərin şəkillərini görəndən sonra, təəssüfləndim. Bunu həqiqətən insan edib.
Bu blogerlər bulvarda gül-çiçək əkilmiş güllükləri vəhşicəsinə dağıdıb, eybəcər hala saldılar. Bu gözəlliyi niyə məhv etmək istəyirlər? Necə qıyırlar bu gözəlliyə. Mən Bulvara gedəndə çalışıram güllərə yaxınlaşmayım, toxunmayım onlara. Yəni onlara ziyan yetirməkdən qorxuram. Kənardan baxıb zövq alıram. Bunların etdiyinə bax. Bu barbarlıqdır! Bu güllər baxmaq üçündür. Dərib, şəkil çəkdirib sonra yerə atmaq üçün deyil. Həmin blogerlərin səhifəsinə girib baxdım hamısının 1 milyondan çox izləyicisi var, heç biri uşaq deyil, amma etdikləri 5-6 yaşlı uşağın hərəkətidir. Axı siz xanımsınız! Xarici blogerlər ölkəsini bütün dünyaya tanıdır, bizimkilər isə ölkəyə ziyan vurur. Blogersən? Lap yaxşı maraqlı videolar çək, paylaş baxaq. Gülləri əzib, tortla güllərin içində şəkil çəkdirməyin yeri yoxdur. Mədəniyyət evdə, ailədə aşılanmalıdır. Əgər ailədə onun mövcudluğundan bixəbərdirlərsə, orada aşılanacaq nə qalır ki?Əlbəttə biz bu gəncləri maarifləndirməliyik. Şəhərin mərkəzində çiçəkləri qoparmağın niyə yolverilməz olduğunu anlamayanlara bunu başa salmalıyıq. Məsuliyyətli olmağı öyrənməlidilər. Məsuliyyət nədir onu dərk etməlidilər. Özlərini uşaq kimi yox, yetkin bir insan kimi aparmalıdılar. Bununla tək valideyn yox. Məktəb də məşğul olmalıdır. Müəllimlər sağlam düşüncəli, məsuliyyətli bir nəslin tərbiyəsi ilə məşğul olmalıdır. Həqiqətən ailə tərbiyəsi görməyənlər, mədəniyyəti olmayanlar üçün o gözəllik adi bir şey ola bilər, amma düşünən yoxdur ki o gözəlliyi yaratmaq üçün min bir əziyyətdən keçən insanlar var. Onların əməyinə niyə hörmət etmirsiniz? 


“Külli miqdarda vəsait xərclənir o gözəlliyi yaratmaq üçün, biz vətəndaşlar hər birimiz o gözəlliyi qorumaq və nəvazişlə yanaşmalıyıq. Heyvanları sevdiyimiz kimi, təbiəti də sevməliyik İnsanın daxilində mədəniyyət olmalıdır. Yeni nəsli mədəniyyət ruhunda yetişdirməliyik.Tarixi binaların divarlarını korlayan, güllərə ziyan verən gənclərə bunu anlatmalıyıq. Onları bu hərəkətlərdən çəkindirməliyik. Düşünürəm bacaracağıq. Bizə sağlam, mədəni, savadlı gənclik lazımdır”.- deyə o qeyd edib. 

Və mütləq ictimai qınaq olmalıdır. Bəlkə anladılar və bundan sonra belə hərəkət etmədilər”. 

Zəhra Ağayeva 

 

Избранный
17
13
qht.az

10Источники