RU

​Avropa bu 8 peşə sahibinə qapılarını açdı -

Avropanın bəzi ölkələrində işçi qüvvəsi çatışmazlığı özünü qabarıq şəkildə göstərməyə başlayıb.
Metbuat.az xəbər verir ki, İsveçrə səhiyyə, texnologiya və xidmət sahələrində artan kadr ehtiyacını qarşılamaq üçün xarici mütəxəssislərə qapılarını açıb. Ölkədə bir sıra peşələr üzrə ciddi işçi çatışmazlığı yaranıb. Bu səbəbdən müəyyən ixtisas sahiblərinə iş təklif olunur. Məlumata görə, “qoca qitə”də ən çox ehtiyac duyulan 8 peşə müəyyənləşib. Bunlara həkimlər və tibb işçiləri, proqram təminatı üzrə mütəxəssislər və kompüter alimləri daxildir. Eyni zamanda mühəndislər, ixtisaslı texniki işçilər və müəllimlər də yüksək tələbat olan peşə sahibləri sırasındadır. Siyahıda həmçinin rəqəmsal sahə üzrə ekspertlər, satış və müştəri xidməti mütəxəssisləri, iaşə və xidmət sektorunda çalışanlar da yer alır.

Mütəxəssislərin fikrincə, bu tendensiya qısamüddətli deyil, struktur işçi çatışmazlığından qaynaqlanır. Avropa ölkələri xüsusilə səhiyyə və texnologiya sahəsində boşluğu doldurmaq üçün xarici kadrları cəlb etməyə çalışır. Bu isə həmin peşə sahibləri üçün yeni iş və miqrasiya imkanları yaradır.

Избранный
15
metbuat.az

1Источники