“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 2025-ci ili 2,542 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 12,9 % çoxdur.
Ötən il “PAŞA Kapital”ın vergiyəqədərki mənfəəti 3,241 milyon manat (əvvəlki ilə nisbətən 12,7 % çox), mənfəət vergisi ödəmələri isə 699 min manat (11,8 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “PAŞA Kapital”ın aktivləri 64,782 milyon manat olub ki, bu da illik müqayisədə 1,1 % çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 3 % azalaraq 46,118 milyon manata düşüb, balans kapitalı isə 13 % artaraq 18,664 milyon manata çatıb.
Xatırladaq ki, “PAŞA Kapital” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. İnvestisiya şirkətinin səhmləri 100% daxil olduğu “PAŞA Holdinq” MMC-yə məxsusdur.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта


