RU

I Liqa: Lider "Şəfa" ən yaxın izləyicisi ilə üz-üzə

Bu gün Azərbaycan I Liqasında XXII tura yekun vurulur.

Fanat.Az xəbər verir ki, turun ikinci günündə 3 matç baş tutacaq.

Mərkəzi oyun Buzovnada reallaşacaq. Lider "Şəfa" ən yaxın izləyicisi "Baku Sportinq"in qonağı olacaq. 

Dİgər iddialılardan "Mingəçevir" "Difai"ni, "Səbail" isə autsayder "Şimal"ı sınağa çəkəcək.

Qeyd edək ki, turun dünən baş tutan oyunlarında MOİK “Zaqatala”ya qalib (2:1) gəlib, “Şahdağ Qusar” – “Cəbrayıl” görüşündə heç-heçə (0:0) qeydə alınıb.

Azərbaycan I Liqası
XXII tur
16 aprel

“Baku Sportinq” – “Şəfa”  
Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Rasim Axundov, Niyaz Əhmədov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Buzovna qəsəbə stadionu, 16:00.

“Mingəçevir” – “Difai”
Hakimlər: Mahmud Bağırzadə, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Səbuhi Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 16:00.

“Səbail”– “Şimal”
Hakimlər: Şamil İmanzadə, Vüqar Bayramov, Rəhman Aslanov, Nazim Abdullayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
“Bayıl Arena”, 17:00.

Избранный
1
15
fanat.az

10Источники