RU

Azərbaycan Ermənistandan mal idxal etməyə başlayıb - İLK DƏFƏ

Bu ilin mart ayında Azərbaycan Ermənistandan ilk dəfə 960 ABŞ dolları dəyərində mal idxal edib.

"Cebheinfo.az" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bundan başqa, bu ilin I rübündə Azərbaycan Ermənistana 5 milyon 757 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Bunun 1 milyon 537 min dollarlıq hissəsi mart ayının payına düşüb.

Ermənistana ixracdan əldə olunan gəlirlər Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,1 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.

Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 % azalıb, idxal isə 29,3 % azalıb.

Son nəticədə xarici ticarətdə 1 milyard 398 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 93,4 % çoxdur.

"Cebheinfo.az"

Избранный
8
7
cebheinfo.az

10Источники