RU

İşdən çıxarılan baş memar Sumqayıt bulvarındakı qanunsuz obyektinin tikintisini davam etdirib?

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun vəzifəsindən azad etdiyi Baş memar Rəşad Əhmədəliyevin Sumqayıt bulvarında qanunsuz obyektinin olduğu deyilir.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Əhmədəliyev ötən il Fövqəladə Hallar Nazirliyi tərəfindən sökülən obyektini bu il yenidən bərpa edib.

 

Pravda.az-ın əməkdaşı Rəşad Əhmədəliyevin mövqeyini öyrənmək üçün onunla əlaqə saxlasa da, bu, mümkün olmayıb.

Qeyd: Rəşad Əhmədəliyevin işdən çıxarılmasına çoxsaylı şikayətlərin səbəb olduğu bildirilir. Belə ki, Rəşad Əhmədəliyev şəhid ailələrini, qaziləri və şəhər sakinlərini vaxtlı-vaxtında qəbul etmir, onların problemlərini həll etməkdən yayınırmış. Onun şəhərdə qeyri-qanuni tikintilərin aparılmasına icazə verilməsində də rolu olub.

 

Aytəkin Qardaşova

Tarix: 16 Aprel 2026, 10:32   
Избранный
26
pravda.az

1Источники