RU

Bakının mərkəzində avtobus yandı - Yenilənib 

"BakuBus" MMC-nin istismarında olan 17 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusların birində nasazlıq halı qeydə alınıb...

Poliqon xəbər verir ki, bu barədə paytaxtın İnşaatçılar prospektində avtobusda yanğın baş verməsi ilə bağlı Trend-in sorğusuna cavab olaraq "BakuBus" MMC-dən bildirilib.

Qurumdan qeyd edilib ki, tüstülənməyə səbəb mühərrikin soyutma sisteminə aid boru xəttində yağ sızması və yüksək temperaturun təsiri ilə buxarlanmanın baş verməsi olub.

"Sərnişinlər operativ şəkildə avtobusdan düşürülərək digər ehtiyat avtobusa yönləndirilib və marşrutun hərəkət qrafiki qısa müddətdə bərpa edilib",- deyə MMC-dən əlavə edilib.

***

Paytaxtın Yasamal rayonunda avtobusda yanğın baş verib.

Milli.Az xəbər verir ki, hadisə səhər saatlarında Yasamal rayonu İnşaatçılar prospektində baş verib.

Xəbər yenilənəcək.

Poliqon.info

Избранный
2
4
poliqon.info

10Источники