RU

“Rusiya uzun müddət çalışdı ki bu məsələdən yayınsın, ancaq buna nail ola bilmədi” DEPUTAT

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Rusiya tərəfinin AZAL təyyarəsinin vurulması ilə bağlı kompensasiya ödəməyə razı olması Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın növbəti mühüm uğuru hesab olunmalıdır. Rusiya uzun müddət çalışdı ki, bu məsələdən yayınsın və kompensasiya ödəməsin. Ancaq buna nail ola bilmədi”.

Gununsesi.info bildirir ki, bu sözləri deputat Ceyhun Məmmədov deyib:

Sona kimi Prezident İlham Əliyev prinsipial və qətiyyətli mövqe göstərdi. Sonda Rusiya anladı ki, mütləq şəkildə Azərbaycanın tələblərini yerinə yetirməli və kompensasiya ödəməlidir.

Bu bir daha onu sübut edir ki, bu gün Azərbaycan güclü dövlətdir, bu gün Azərbaycan regional güc kimi öz rolunu ciddi bir formada oynayır və bu gün Azərbaycan hədəflərinə və məqsədlərinə doğru inamla addımlayır.

Eyni zamanda bu sübut edir ki, Azərbaycanın güclü Lideri və güclü xarici siyasəti var. Artıq bir çox dünya ölkələri Azərbaycanla hesablaşmağa məcburdurlar. Bu gün biz bunu açıq-aydın müşahidə edirik.

İnanıram ki, bundan sonra biz Rusiya ilə münasibətlərin daha da normallaşdığını, daha da inkişaf etdiyini və əlaqələrimizin yeni bir mərhələyə daxil olduğunun şahidi olacağıq.

Rusiya tərəfi bunun ardınca digər addımları da atmalıdır ki, Azərbaycan və Rusiya münasibətləri daha da inkişaf etsin, daha da irəli getsin və mövcud olan bütün fikir ayrılıqları aradan qalxsın. Bu çox önəmli məsələdir”.

Günay

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
28
1
icma.az

2Источники