Ukraynaya hərbi yardımla bağlı Ramşteyn əlaqə qrupunun iclasında Avropa ölkələri Ukraynanın hava müdafiəsini gücləndirmək üçün 4 milyard dollar və PUA-lar üçün 1,5 milyard dollardan çox vəsait ayırmağı öhdələrinə götürüblər.
Musavat.com xəbər verir ki, məlumatı Ukraynanın müdafiə naziri Mixaylo Fedorov açıqlayıb:
"Ramsteyn layihəsinin nəticəsi olaraq hava hücumundan müdafiənin gücləndirilməsinə 4 milyard dollar və PUA-lar üçün 1,5 milyard dollardan çox vəsait ayrılıb. Almaniya hava hücumundan müdafiənin gücləndirilməsinə 4 milyard dollar sərmayə qoyur. Daha 600 milyon dollar dərin və orta zərbə qabiliyyətlərinin inkişafına ayrılacaq. İspaniya SAFE çərçivəsində 215 milyon dollar ianə edir və əlavə Patriot raketləri ilə hava hücumundan müdafiəni gücləndirir. Kanada ianələr edir: NSATU fonduna (NATO-nun Ukraynada təhlükəsizlik və təlimə kömək etmək missiyası - red.) 15 milyon dollar, Çexiya təşəbbüsünə (Qərb dövlətlərinin hesabına üçüncü ölkələrdən alınan sursatın təchizatı üçün) 42 milyon dollar və vacib mühəndislik avadanlığı üçün 17 milyon dollar".
Nazir həmçinin Litvadan ianələr elan edib: Çexiya təşəbbüsü üçün 39 milyon dollar və Ukraynaya çatdırılmaq üçün NATO vəsaitləri ilə Amerika silahlarının alınması üçün PURL proqramına 29 milyon dollar. Onun sözlərinə görə, Belçika Çexiya təşəbbüsünə 75 milyon avro, Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükü üzrə Almaniya təşəbbüsünə eyni miqdarda, eləcə də PUA üçün 85 milyon avro, Estoniya isə PURL-a 13 milyon dollar ianə edəcək.
Daha əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Norveçin Ukrayna Silahlı Qüvvələrinə dronların verilməsi üçün 500 milyon dollardan çox, Ukraynanın logistikasını gücləndirmək üçün isə 150 milyon dollar ayıracağını açıqlamışdı. Hollandiya Müdafiə Nazirliyi də öz növbəsində Kiyev üçün dronların istehsalına 248 milyon avro ayıracağını elan edib.
Musavat.com