Türkiyənin Antalya şəhərində təşkil edilən güləş üzrə “Zəfər Kuboku” başa çatıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, ənənəvi turnirin son günündə beş güləşçimiz fəxri kürsüyə qalxıb. Sərbəst güləşdə Nihad Süleymanlı (80 kq) və Hakim Tağıyev (110 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Yunan-Roma güləşində isə Zəka Yusubovla (80 kq) Məhəmməd Mustafayev (110 kq) eyni nəticəyə imza atıb. İsfahan Həsənov (80 kq) isə bürünc medalı boynundan asıb.
Sərbəst güləş üzrə millimiz ənənəvi turniri üç qızıl, bir gümüş və iki bürünc medalla tamamlayaraq, 147 xalla komanda hesabında ikinci yeri tutub. Yunan-Roma güləşi üzrə yığmamız isə beş qızıl, iki gümüş və iki bürünc medalla 169 xal toplayıb və ümumi sıralamada ikinci pillədə yer alıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта