Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin çıxış etdiyi “Kolumbus Kryu” ABŞ Açıq Kubokunda növbəti oyuna çıxıb.
QOL.az xəbər verir ki, onun komandası 1/16 finalda səfərdə “Riçmond Kikkeers”lə qarşılaşıb.
Görüş “Kolumbus Kryu”nun qələbəsi ilə başa çatıb – 3:0. Nəriman oyuna start heyətdə başlayıb və sona qədər meydanda olub. O, ilk qolun vurulmasında iştirak edib. Axundzadə və Marselo Erreranın qurduğu hücumu Qyuqu Pikar qolla tamamlayıb.
1/8 finala yüksələn “Kolumbus Kryu"nun rəqibi “One Knoksvill” olacaq. Oyun aprelin 30-da keçiriləcək.