RU

İnsan alverinə qarşı mübarizə: əməliyyatlar və maarifləndirmənin rolu

Azərbaycanda insan alverinə qarşı keçirilən son əməliyyat nəticəsində iki nəfərin həbs olunması bu sahədə təhlükənin davam etdiyini bir daha göstərir. Daxili İşlər Nazirliyi tərəfindən aparılan tədbirlərlə yanaşı, ekspertlər problemin qarşısının alınmasında maarifləndirmənin və vətəndaş cəmiyyətinin rolunun vacibliyini vurğulayırlar.

QHT.az-a açıqlama verən Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Eynulla Xeyrullayev bildirib ki, cəmiyyət olaraq belə halların daha erkən aşkar olunması üçün maarifləndirmə tədbirləri mühüm əhəmiyyət daşıyır. İlkin maarifləndirmə insan alverinin qarşısının alınmasında əsas rol oynayır. Bu sahədə fəaliyyət göstərən QHT-lərin rolu isə danılmazdır.

Hazırda bir sıra QHT-lər İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası çərçivəsində və ya müstəqil şəkildə maarifləndirmə işləri aparır. Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi isə 2000-ci ildən etibarən həyata keçirdiyi maarifləndirmə və reinteqrasiya layihələri ilə insan alverinə qarşı mübarizəyə töhfə verir.

Piranə Xasiyeva

Избранный
19
qht.az

1Источники