RU

Azərbaycanda 2 universitet 56 vəzifəyə işçi axtarır - SİYAHI

Azərbaycanda 2 ali təhsil müəssisəsi bir sıra vəzifələrə işçi axtarır.

Ölkə.Az-ın məlumatına görə, Azərbaycan Memarlıq və İnşaat Universiteti aşağıdakı vəzifələrin tutulması üçün müsabiqə elan edib:

Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrası – kafedra müdiri (1 yer), baş müəllim (0,5 ştat – 1 yer)
Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrası – baş müəllim (2 yer)
Memarlığın əsasları kafedrası – baş müəllim (1 yer)
İnşaat konstruksiyaları kafedrası – baş müəllim (1 yer)
Tikinti istismarının texnologiyası, təşkili və idarə olunması kafedrası – baş müəllim (2 yer), baş müəllim (0,5 ştat – 1 yer)
Bina və qurğuların istismarı və rekonstruksiyası kafedrası – dosent (1 yer)
Materialşünaslıq kafedrası – baş müəllim (1 yer)
Mexanika kafedrası – dosent (1 yer), dosent (0,5 ştat – 1 yer)
İctimai fənlər kafedrası – dosent (2 yer)
Meliorasiya və su təsərrüfatı tikintisi kafedrası – dosent (1 yer), baş müəllim (1 yer)
Mühəndis sistemləri və qurğuların tikintisi kafedrası – dosent (1 yer)
Ali riyaziyyat kafedrası – professor (0,5 ştat – 1 yer)
Ekologiya kafedrası – baş müəllim (1 yer)
Geomatika kafedrası – dosent (0,5 ştat – 1 yer), baş müəllim (2 yer), assistent (0,5 ştat – 1 yer)
Fizika və Kimya kafedrası – professor (0,5 ştat – 1 yer), dosent (3 yer)
Mühit dizaynı kafedrası – baş müəllim (1 yer)
Təsviri incəsənət kafedrası – kafedra müdiri (1 yer), baş müəllim (2 yer)
Sənayenin təşkili və idarə edilməsi kafedrası – dosent (1 yer), müəllim (1 yer)
Biznesin iqtisadiyyatı və menecment kafedrası – kafedra müdiri (1 yer), professor (0,5 ştat – 1 yer), dosent (2 yer), baş müəllim (1 yer), baş müəllim (0,5 ştat – 1 yer)
İqtisadi nəzəriyyə və menecment kafedrası – dosent (1 yer)
Əcnəbi dillər kafedrası – baş müəllim (5 yer)
İnformasiya texnologiyaları və sistemləri kafedrası – baş müəllim (1 yer), assistent (2 yer)
Təsviri həndəsə və mühəndis qrafikası kafedrası – dosent (1 yer), baş müəllim (1 yer)
Azərbaycan dili və pedaqogika kafedrası – professor (0,5 ştat – 1 yer), baş müəllim (2 yer)
Əqli mülkiyyət kafedrası – baş müəllim (0,5 ştat – 1 yer)

Sənədlər mövcud əsasnaməyə uyğun olaraq bu gündən 1 ay müddətinə qəbul edilir.

Ünvan: AZ 1073, bakı şəhəri, Ayna Sultanova küçəsi 11, AzMİU

Bundan əlavə, Odlar Yurdu Universiteti İnformasiya texnologiyaları və kibertəhlükəsizlik kafedrasında kafedra müdiri vəzifəsinə oşçi axtarır.

Namizədlərdən profilə uyğun ali təhsil, elmi dərəcə və elmi ad, ali təhsil müəssisəsində minimum 5 il elmi-pedaqoji təcrübə, rəhbər vəzifədə iş təcrübəsi, elmi nəşrlərin və tədqiqat işlərinin mövcudluğu, yüksək təşkilatçılıq və liderlik bacarıqları tələb edilir.

İşə qəbul üçün şəxsiyyət vəsiqəsinin surəti, ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri, elmi və elmi-metodiki işlərin siyahısı, kadrlar uçotunun şəxsi vərəqəsi və CV (tərcümeyi-hal) təqdim edilməlidir.

Namizədlər sənədlərini Odlar Yurdu Universitetinin rektorunun adına yazılmış ərizə ilə birlikdə [email protected] elektron poçt ünvanına göndərə və ya universitetin inzibati binasında (Bakı, Koroğlu Rəhimov küçəsi 13) insan resursları departamentinə təqdim edə bilərlər. Son müraciət tarixi 30 aprel 2026-cı ildir.

Billurə
 

Избранный
25
2
olke.az

3Источники