RU

Heqsetə qarşı impiçment layihəsi hazırlanır

Nümayəndələr Palatasının demokratları ABŞ mwharibə naziri Pit Heqseti altı maddə üzrə vəzifəsindən kənarlaşdırmaq üçün qətnamə təqdim edəcəklər.

"Yeni Sabah" Axios-a istinadla xəbər verir ki, o, vəzifə səlahiyyətlərindən sui-istifadə, müharibə cinayətləri və digər ciddi cinayətlərdə ittiham olunacaq.

Qanun layihəsinin hazırkı Konqresdən keçmək şansı demək olar ki, yoxdur, lakin bu, demokratların Heqseti administrasiyada yeni əsas hədəf etməsinin son əlamətidir.

Nazirə qarşı konkret ittihamlar bunlardır: İrana qarşı icazəsiz müharibə aparma, silahlı münaqişə qanunlarını pozma və mülki şəxsləri hədəf alma, məxfi hərbi məlumatlara səhlənkarlıq və ehtiyatsızlıqla yanaşma, parlament nəzarətinə mane olma və s.-dir.


Telegram kanalımız
Избранный
10
yenisabah.az

1Источники