RU

Həftənin ən şanslı bürcləri: Kim qazanc əldə edəcək?

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Yalnız bəxti gətirənlər üçün yeni tanışlıqlar, sevindirici xəbərlər və maliyyə sahəsində dəyişikliklər gözlənilir.

Milli.Az xəbər verir ki, bu həftənin qalan günləri bəzi bürclər üçün olduqca uğurlu görünür.

Oğlaq

Sizi sabit və addım-addım inkişaf edən bir dövr gözləyir. Ani dəyişikliklər olmayacaq, amma əzmkarlığınız gec-tez nəticə verəcək.

Qız bürcü

Planlarınız gözlənilmədən dəyişə bilər, lakin bu dəyişikliklər yeni fürsətlər yaradacaq. Məqsədlərinizi yenidən nəzərdən keçirməkdən çəkinməyin və vacib qərarlarda yaxınlarınızın fikirlərini də nəzərə alın.

Tərəzi

Bu dövr münasibətləri düzəltmək və gücləndirmək üçün münasibdir. İş və şəxsi həyat arasında balans yaratmaq mümkün olacaq. Tələsik qərarlardan uzaq durmaq faydalıdır.

Oxatan

Diqqətinizi əsas hədəflərinizə yönəltməlisiniz. Bütün planlar dərhal həyata keçməsə də, gələcək üçün möhkəm zəmin yaradacaq. Səbir sizin ən güclü tərəfiniz olacaq.

Dolça

Dəyişiklik istəyi güclənəcək, amma qərar verməyə tələsmək düzgün olmaz. Vəziyyəti diqqətlə analiz etmək daha yaxşı nəticə verəcək. May ayında yeni fürsətlər yarana bilər.

Balıqlar

Hissləriniz qərarlarınıza təsir göstərə bilər. Sakit qalmaq və emosiyalara qapılmamaq vacibdir. Daxili dünyanızla məşğul olmaq üçün uyğun zamandır.

Qoç

Bu dövrdə sizdən səbir tələb olunur. İşlə bağlı məsələləri tələsik həll etmək səhvlərə səbəb ola bilər. Yarımçıq qalan işləri tamamlamaq daha məqsədəuyğundur.

Buğa

Sakitlik və sabitlik istəyiniz artacaq. Həftənin sonunda dincəlmək üçün vaxt ayırmaq vacibdir. Maliyyə ilə bağlı qərarları bir qədər təxirə salmaq məsləhətdir.

Fidan

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
9
1
news.milli.az

2Источники