Yazını böyüt
Yazını kiçilt
Rusiya ordusu aprelin 16-na keçən gecədən etibarən Ukraynanın paytaxtı Kiyev şəhərinə ballistik raket zərbələri endirməyə başlayıb.
Hafta.az xəbər verir ki, gecə saatlarından Kiyevdə partlayış səsləri eşidilib. Hava hücumundan müdafiə sistemi aktiv işləyib. Kiyev şəhər meri Vitali Kliçko “Teleqram” səhifəsində bildirib ki, Rusiyanın paytaxta hava hücumu nəticəsində iki nəfər - 12 yaşlı oğlan və 35 yaşlı qadın həlak olub, 10 nəfər yaralanıb.
Həkimlər zərərçəkənlərdən altısını xəstəxanaya yerləşdiriblər.