RU

Zaqatalada itən kişi Balakəndən tapıldı

Lent az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Zaqatalada itkin düşən kişi tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə itkin düşən Zaurbek Məmmədov Balakən rayonu ərazisində tapılaraq yaxınlarına təhvil verilib.

***

14 aprel, saat 19:50

Zaqatalada 36 yaşlı kişi itkin düşüb. 

Lent.az xəbər verir ki, Paşan kənd sakini, 1990-cı il təvəllüdlü Zaurbek Şaban oğlu Məmmədov bu gün səhər Zaqatala şəhəri ərazisində itkin düşüb. 

Onun əqli qüsurlu olduğu, danışa bilmədiyi deyilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən həmin şəxsin tapılması istiqamətində tədbirlər görülür.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
10
1
lent.az

2Источники