RU

Şagirdləri üçün canından keçdi: Türkiyə onun qəhrəmanlığından DANIŞIR

Xəbər verdiyimiz kimimi, Kahramanmaraşın "Ayser Çalık" orta məktəbində 8-ci sinif şagirdinin törətdiyi silahlı hücum nəticəsində bir müəllim və 8 şagird həyatını itirib.

Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, hadisə zamanı qətlə yetirilən riyaziyyat müəllimi Ayla Karanın şagirdlərini qorumağa çalışarkən qəhrəmancasına həlak olduğu məlum olub.

İşinə bağlılığı ilə tanınan Ayla Karanın son anına qədər uşaqları qorumağa çalışdığı ortaya çıxıb. Müəllimin şagirdlərini güllələrdən qorumaq üçün onların üzərinə qapanması barədə yayılan detallar hər kəsi sarsıdıb.

Həm həmkarları, həm də şagirdləri tərəfindən çox sevilən Ayla müəllimin vəfatı bütün ölkədə böyük kədərlə qarşılanıb. Sosial şəbəkələrdə onun fədakarlığı və nümunəvi şəxsiyyəti barədə minlərlə paylaşım edilib. 

Musavat.com.

Избранный
30
2
musavat.com

3Источники