RU

Nadir asteroid Yerə peyklərdən də daha yaxın məsafədən keçəcək

ain.az, Bizimyol saytına istinadən bildirir.

“99942 Apophis” adlı asteroid 2029-cu ildə Yer kürəsinin yaxınlığından tarixi bir keçid edəcək. Təxminən 340 metr diametrə malik olan bu nəhəng göy cismi 13 aprel 2029-cu il tarixində Yerə 32 min kilometrə qədər yaxınlaşacaq.

Bizimyol.info xəbər verir ki, "Apophis"in bu keçidi Yer səthindən təxminən 36 min kilometr yüksəklikdə yerləşən geostasionar peyklərdən daha yaxın məsafədə baş verəcək.

Bir neçə min ildən bir müşahidə olunan bu nadir hadisə zamanı Şərq yarımkürəsindəki müşahidəçilər asteroidi teleskopsuz, adi gözlə görə biləcəklər.

2004-cü ildə ilk dəfə aşkar edildikdə elmi dairələrdə narahatlıq yaradan "Apophis" barədə NASA sakitləşdirici açıqlama verib.

Aparılan dəqiq orbit hesablamaları nəticəsində müəyyən olunub ki, asteroid ən azı qarşıdakı 100 il ərzində Yer üçün toqquşma təhlükəsi yaratmır.

Astronomlar bu yaxın keçidi asteroidin daxili quruluşunu və fiziki xüsusiyyətlərini öyrənmək üçün böyük fürsət kimi qiymətləndirirlər.

NASA-nın OSIRIS-APEX və Avropa Kosmik Agentliyinin (ESA) Ramses missiyaları keçiddən sonra asteroidləri izləyərək onun üzərində ətraflı tədqiqatlar aparacaq.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
23
bizimyol.info

1Источники