RU

Fantastika! Çempionlar Liqasında Arda Güler gecəsi Video

ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fantastika! Çempionlar Liqasında Arda Güler gecəsi - Video

“Real”ın futbolçusu Arda Güler tarixi rekorda imza atıb.

QOL.az xəbər verir ki, o, bunu Çempionlar Liqasının 1/4 final mərhələsinin “Bavariya” ilə cavab matçında bacarıb. 20 yaşlı yarımmüdafiəçi görüşün 33-cü saniyəsində hesabı açıb. Beləliklə, Arda “Real”ın ÇL tarixindəki ən erkən qolunun müəllifi olub. 

Həmçinin Türkiyə millisinin üzvü oyunun 29-cu dəqiqəsində baxımlı qol vurmağı da bacarıb. 

Arda Güler matçın final fitindən sonra Slavko Vinçiç tərəfindən qırmızı vərəqə ilə cəzalandırılıb. Yarımmüdafiəçi hakim referinin Eduardo Kamavinqanı meydandan qovması qərarından qəzəblənib. Belə ki, bu qərardan sonra Madrid təmsilçisi 2 qol buraxıb və ÇL-də mübarizəni dayandırıb. 

Arda Gülerin qollarına aşağıdakı videonun 1.14-cü və 4-cü dəqiqələrindən baxa bilərsiniz. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
74
2
qol.az

3Источники