RU

“7000 illik sivilizasiya”: İran səfirliyindən İtaliyaya incə mesaj

İranın Qanadakı səfirliyinin sosial şəbəkədə paylaşdığı ironik mesaj beynəlxalq mediada diqqət çəkib.

Musavat.com xəbər verir ki, paylaşımda İtaliyaya ünvanlanan ifadələrdə həm siyasi eyhamlar, həm də mədəni müqayisələr yer alıb.

Mesajda qeyd olunur ki, İtaliya baş naziri Roma Papasını müdafiə etməklə Vaşinqtonda bir müttəfiqini itirib. İran tərəfi bu kontekstdə zarafatla “bu vəzifəyə namizəd olmaq istədiyini” bildirib və özünü “7000 illik sivilizasiyaya malik ölkə” kimi təqdim edib.

Paylaşımda ABŞ prezidenti Donald Trump ilə bağlı da istehzalı ifadələr yer alıb. Onun diqqət müddəti ilə bağlı kinayəli müqayisə edilib.

Mesajın ən maraqlı hissələrindən biri isə İran və İtaliya arasında “dondurma mübahisəsi” ilə bağlı olub. İran tərəfi “fəludə”nin daha qədim olduğunu, İtaliyanın isə “gelato”nu daha məşhur etdiyini qeyd edərək, bunu “2000 illik soyuq müharibə” kimi təqdim edib.

 

Musavat.com

Избранный
14
50
musavat.com

10Источники