RU

Arda Güler tarix yazır

ain.az, Qol.az saytına istinadən bildirir.

Arda Güler tarix yazır

"Real"ın futbolçusu Arda Güler Madrid klubunun tarixinə düşüb.

QOL.az xəbər verir ki, "Real" UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmasında səfərdə “Bavariya”nın qonağıdır.

Arda matçın 35-ci saniyəsində “Bavariya”nın qapıçısı Manuel Noyerin ötürməsi zamanı kobud səhvindən sonra topu ələ keçirib və uzaq məsafədən boş qapını dəqiq nişan alıb. Türkiyəli yarımmüdafiəçi bununla  “Real"ın Çempionlar Liqası tarixində vurduğu ən sürətli qolun müəllifi olub. ​O, həm də "Real"la Çempionlar Liqasında ilk qolunu vurub.

Matçın 29-cu dəqiqəsində isə gənc futbolçu cərimə zərbəsindən gözəl qol vuraraq komandasını yenidən hesabda önə çıxarıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
6
1
qol.az

2Источники