RU

Avropanın ən yüksək meteostansiyasından həyəcan siqnalı

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Dağıstanda yerləşən və Avropanın ən yüksək meteostansiyası hesab olunan "Sulak" həyəcan siqnalı verib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, stansiya əməkdaşları sözün həqiqi mənasında qarın əsirinə çevriliblər və bu üzdən sözügedən addımı atıblar.

Respublika hidrometeorologiya mərkəzinin rəisi Abdulqalim Dadaşovun verdiyi məlumata görə, hazırda "Sulak"da 2 əməkdaş var. Onlar yaşayış üçün bütün lazım olan ərzaqla təmin olunublar. Amma qaydalara görə, bu şərtlər altında işləmək mümkün deyil. Hazırda əməkdaşların təxliyəsi həyata keçirilir.

Qeyd edək ki, "Sulak" Böyük Qafqazda, Sumadinsk rayonunda, dəniz səviyyəsindən 2927 metr yüksəklikdə yerləşir.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
27
525.az

1Источники