RU

Eyni ərazidə iki qəza: ölən və yaralılar var

Lənkəranda baş verən qəzada ölən və xəsarət alanlar var.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının 213-cü km-də Lənkəran rayonunun Bürcəli kəndi ərazisində qeydə alınıb.

Lənkəran rayonunun Səpnəkəran kənd sakini 1989-cu il təvəllüdlü Sadir İlyas oğlu Həmzəyev idarə etdiyi "Renault Megane" markalı 99-SV-477 dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran şəhəri istiqamətində gedərkən idarəetməni itirib və avtomobil magistraldan çıxaraq yol kənarındakı irigövdəli ağaca çırpılıb.

Qəza nəticəsində sürücü və avtomobildə sərnişin, nəqliyyat vasitəsinin sahibi, eləcə də sürücünün yaxın dostu, həmkəndlisi 1985-ci il təvəllüdlü Nail Sehran oğlu Ağayev ətrafdakıların köməyi ilə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Buna baxmayaraq Nail Ağayevin həyatını xilas etmək mümkün olmayıb. O, yolda ölüb. Sadir Həmzəyevin müalicəsi xəstəxanada davam etdirilir.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Избранный
93
11
publika.az

10Источники