Ajans.az xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan "BMW", "Hyundai " ,"Ford Fusion " və "VAZ 2107" markalı minik maşınları toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Fakt üzrə araşdırma aparılır. (unikal)