RU

İspaniya MN: Təlim keçən ukraynalı hərbi qulluqçuların sayı 9 mini ötəcək

İspaniya MN: Təlim keçən ukraynalı hərbi qulluqçuların sayı 9 mini ötəcək

İspaniya ərazisində hazırlıq keçən ukraynalı hərbi qulluqçuların sayı bu ilin aprel ayında 9 min nəfərlik həddi keçəcək.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Nazir Marqarita Robles "Ramştayn" formatında keçirilən təmas qrupunun iclasında video-konfrans vasitəsilə iştirak edərək qeyd edib ki, aprel ayı ərzində ölkədə təlim görmüş ukraynalı hərbçilərin sayı 9 min nəfəri üstələyəcək. Bundan əlavə, Robles Madridin 2026-cı ildə ikitərəfli hərbi yardım çərçivəsində Kiyevə daha 1 milyard avro ayırmaq niyyətini bir daha təsdiqləyib.

Избранный
29
afn.az

1Источники