RU

İran gəmisi blokadada olduğu deyilən Hörmüzdən keçdi

ABŞ-nin İrana qarşı tətbiq etdiyi iddia edilən dəniz blokadasından sonra, İranın yük gəmisi Hörmüz boğazından keçib.Metbuat.az xəbər verir ki, bu barədə Fars Xəbər Agentliyi məlumat yayıb. Məlumata görə, gəmi izləmə cihazını işə salaraq üzüb. Gəminin Fars körfəzinin şimalındakı İmam Xomeyni limanına doğru getdiyi bildirilir. Bundan əvvəl İranın neft tankerinin Hörmüz boğazından keçdiyi barədə xəbərlər dərc edilmişdi.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp, Pakistanda İranla aparılan uğursuz danışıqlardan sonra İrana qarşı dəniz blokadası tətbiq edildiyini bəyan etmişdi.

Избранный
18
13
metbuat.az

10Источники