RU

İlan sancan uşağı 12 saat çayda SAXLADILAR: Faciəvi “müalicə” METODU – VİDEO

Hindistanda 13 yaşlı uşaq zəhərli ilan sancmasından sonra “müalicə” nəticəsində dünyasını dəyişib.

İnterpress.az xəbər verir ki, bu barədə “Times of India” məlumat yayıb.

Hindistanda faciəvi hadisə qeydə alınıb. Amit adlı 13 yaşlı yeniyetməni zəhərli ilan sancıb. Lakin yerli “mütəxəssislər” onu xəstəxanaya çatdırmaq əvəzinə, “müalicə” üçün qeyri-adi bir üsula əl atıblar.

Onlar hesab ediblər ki, müqəddəs Qanq çayının suları bütün xəstəliklərə dəvadır.

Uşağı ehtiyatla bir dirəyə bağlayaraq çaya batırıblar. Amit 12 saat ərzində suyun altında saxlanılıb.

İnanclara görə, bu müddət ərzində bədənindəki zəhər “möcüzəvi” şəkildə yox olmalı idi. Lakin nəticə fərqli olub – zəhər bədənindən təmizlənməyib və 13 yaşlı yeniyetmə dünyasını dəyişib.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
34
interpress.az

1Источники