RU

Mustafa Çiftçi: Məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB-5

Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

"Far.Az" xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi açıqlayıb.

"Məktəbə hücumda ölənlərin sayı 9-a çatıb, onlardan biri müəllim, doqquzu şagirddir", - o bildirib.

Mustafa Çiftçi qeyd edib ki, 13 nəfər yaralanıb, onlardan altısının vəziyyəti ağırdır.

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə 4 nəfərin həyatına qəsd edib özünü də öldürən şagirdin atası Uğur Mersinli saxlanılıb.

"Far.Az" xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Onun keçmiş polis əməkdaşı olduğu bildirilir.

Türkiyənin Kahramanmaraş şəhərindəki məktəblərin birinə silahlı hücum edən şagird özünü öldürüb.

"Far.Az" xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Qeyd olunub ki, səkkizinci sinif şagirdi məktəbə 5 silah və 7 daraqla gəlib.

O ilkin məlumata görə 4 nəfərin həyatına son verib, 20-sini yaralayıb.

Hadisəni törədən şəxsin atası keçmiş polis əməkdaşı olub.

Türkiyənin Kahramanmaraş şəhərindəki məktəblərin birinə silahlı hücum nəticəsində 4 nəfər ölüb, 20-si yaralanıb.

"Far.Az" xəbər verir ki, bu barədə şəhər valisi Mükerrem Ünlüer məlumat verib.

Onun sözlərinə görə, ölənlərdən biri müəllim, üçü şagirddir.

Silahlı hücumu 8-ci sinif şagirdinin törətdiyi bildirilir.

Türkiyənin Kahramanmaraş şəhərindəki məktəblərin birinə silahlı hücum nəticəsində ölən və yaralananlar var.

"Far.Az" xəbər verir ki, bu barədə şəhər valisi Mükerrem Ünlüer məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində hələlik 6 yaralı və bir ölü məlumdur.

Türkiyənin Kahramanmaraş şəhərindəki məktəblərin birinə silahlı hücum olub.

"Far.Az" xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində 6 nəfər yaralanıb.

Əraziyə çox sayda polis və təcili tibbi yardım briqadaları göndərilib.

Qeyd edək ki, dünən də Türkiyənin Şanlıurfa şəhərindəki liseylərin birinə hücum olmuş, 16 nəfər yaralanmışdı.

Избранный
53
14
far.az

10Источники