Sahibkar Samvel Karapetyan Ermənistandakı siyasi proseslərdə iştirak etmək üçün Rusiya və Kipr vətəndaşlığından imtina prosesinə başlayıb.
İş adamı bu açıqlamanı Yerevanda keçirilən məhkəmə prosesində verib. “Mən Ermənistan vətəndaşıyam. Həmçinin Rusiya və Kipr pasportlarına sahibəm. Qələbəyə (parlament seçkilərində – red.) əmin olduğumuz üçün Rusiya və Kipr vətəndaşlığından imtina prosesinə başlamışıq”, – deyə Karapetyan bildirib.
Xatırladaq ki, bu ilin yanvar ayında Ermənistan Cinayət Apelyasiya Məhkəməsi iş adamı Samvel Karapetyanın məhkəməyəqədərki həbs qətimkan tədbirini ləğv edib. Məhkəmə onun ev dustaqlığına qaytarılması barədə qərar verib. Qərar qısa fasilə ilə 14 saatlıq məhkəmə iclasından sonra qəbul edilib.
Ermənistan parlament seçkiləri 7 iyun tarixinə təyin edilib.
//Samir Qurbanov, Editor.az