RU

Messini məhkəməyə verdilər

Lionel Messi 2025-ci ilin payızında Argentina millisi ilə yoldaşlıq oyununda iştirak etmədiyinə görə məhkəməyə verilib.

Publika.az “TMZ Sports”a istinadla xəbər verir ki, Mayamidə yerləşən və böyük idman və musiqi tədbirlərinin təşviqi ilə məşğul olan VID şirkəti çərşənbə axşamı Messi və Argentina Futbol Assosiasiyasına qarşı “saxtakarlıq və müqaviləni pozmaq” ittihamı irəli sürüb.

Sənəddə iddia olunur ki, şirkət Argentinanın 2025-ci ilin oktyabr ayında Venesuela (1-0) və Puerto Riko (6-0) ilə keçirdiyi yoldaşlıq oyunlarının eksklüziv hüquqlarını 7 milyon dollara əldə edib. İddiaçı iddia edir ki, müqaviləyə əsasən Messi zədələnmədiyi təqdirdə hər matçda ən azı 30 dəqiqə oynamağa borclu idi.

“İnter Mayami”nin hücumçusu 11 oktyabrda Venesuelaya qarşı oyunu buraxsa da, 14 oktyabrda Puerto Rikoya qarşı oyunda meydana çıxıb.

Избранный
31
publika.az

1Источники