RU

Hind okeanında miqrantları daşıyan gəminin batması nəticəsində 250 nəfər itkin düşüb

Hind okeanının Andaman dənizində Banqladeşdən Malayziyaya gedən miqrant qayığının batması nəticəsində təxminən 250 nəfər itkin düşüb. 

“BBC” xəbər verir ki, hadisə ötən həftə güclü külək və dalğalı şəraitdə baş verib.

BMT-nin Qaçqınlar üzrə Agentliyi və Beynəlxalq Miqrasiya Təşkilatı bildirir ki, qayığın həddindən artıq dolu olması da qəzanın əsas səbəblərindən biri olub. Banqladeş Sahil Mühafizəsi indiyədək 9 nəfəri xilas edib. Qayıqda, əsasən, qaçqınlar və Banqladeş vətəndaşları olub. Sağ qalanlar bildiriblər ki, insanlar Malayziyada iş və daha yaxşı həyat vədi ilə yola çıxıblar.

BMT rəsmiləri bu faciənin qaçqınların çətin şəraitdə yaşaması və təhlükəli dəniz yollarına məcbur qalmasının nəticəsi olduğunu bildiriblər.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Избранный
20
azerbaijan-news.az

1Источники