RU

Madyar Aİ ilə Macarıstana məxsus vəsaitlərin qaytarılması barədə danışıqlara başlayacaq

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

“Tisa” partiyasının lideri Peter Madyar hesab edir ki, ölkədə yeni hökumət formalaşdıqdan qısa müddət sonra Macarıstan Avropa İttifaqından ona məxsus olan bir neçə milyard avro vəsaiti ala biləcək. Macar siyasətçi bildirib ki, o, baş nazir vəzifəsinə başlamazdan əvvəl bu məsələ ilə bağlı Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə qeyri-rəsmi məsləhətləşmələrə başlayacaq.

Bizimyol.info xəbər verir ki, seçilmiş Baş nazir bu barədə jurnalistlərə bildirib.

“Biz hökumət formalaşmazdan əvvəl – bu proses may ayının ortalarından gec olmayaraq başa çatacaq – qeyri-rəsmi məsləhətləşmələrə başlayacağıq”, – deyə Madyar bildirib. O qeyd edib ki, yeni hökumət qurulduqdan sonra Aİ vəsaitləri ilə bağlı Avropa Komissiyası ilə razılıq əldə edəcəyinə ümid edir.

Aprelin 12-də keçirilmiş parlament seçkilərində qalib gələn “Tisa”nın lideri vurğulayıb ki, o, Ursula fon der Lyayenlə yalnız Macarıstan vətəndaşları, sahibkarları və ümumilikdə ölkə üçün qəbul edilə bilən şərtlər əsasında danışıqlar aparacaq. Onun sözlərinə görə, “Tisa” hökuməti Brüsseldə, Strasburqda, Vaşinqtonda, Moskvada və dünyanın istənilən nöqtəsində Macarıstanın maraqlarını müdafiə edəcək.

Madyar bildirib ki, Aİ vəsaitlərinin alınması üçün tələb olunan addımlar əsasən dörd sahəni əhatə edir. Birincisi, Avropa Komissiyası Macarıstandan korrupsiyaya qarşı mübarizəni gücləndirməyi, o cümlədən Avropa Prokurorluğuna qoşulmağı və yeni antikorrupsiya qurumu yaratmağı gözləyir. İkincisi, məhkəmə hakimiyyətinin və istintaq orqanlarının müstəqilliyi möhkəmləndirilməlidir. Üçüncüsü, mətbuat azadlığı təmin olunmalı və dövlət təbliğatı sistemi aradan qaldırılmalıdır. Nəhayət, universitetlər və tədqiqat institutlarının fəaliyyətində dəyişikliklər etməklə ölkədə akademik azadlıq bərpa olunmalıdır.

Bundan əvvəl Avropa Komissiyasının nümayəndəsi Balaş Uyvari Brüsseldə bəyan etmişdi ki, Macarıstan üçün nəzərdə tutulmuş xüsusi Aİ fondlarından təxminən 17 milyard avro məbləğində vəsait bloklanıb. Onun sözlərinə görə, bu vəsaitlər geridə qalmış regionların inkişafı və COVID-19 pandemiyasından sonra bərpa üçün ayrılıb. Brüssel bu pulları korrupsiya ilə mübarizə, hüququn aliliyi və demokratiyanın vəziyyəti ilə bağlı iradlar səbəbindən dondurub.

Viktor Orban hökuməti isə dəfələrlə bildirib ki, Brüssel bu vəsaitləri siyasi səbəblərlə saxlayır və bəzi məsələlər üzrə mövqeyini dəyişdirməyə çalışır. Bu fikri "Financial Times" qəzetində dərc olunan son məlumat da təsdiqləyir. Həmin məlumata görə, Avropa Komissiyası Macarıstana maliyyəyə çıxış əldə etmək üçün yerinə yetirilməli olan 27 şərtdən ibarət siyahı təqdim edib. Bu tələblər arasında Ukrayna üçün 90 milyard avro həcmində Aİ kreditinin və Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin təsdiqi də yer alır. Orban isə Kiyevin “Drujba” neft kəməri ilə Rusiya neftinin tranzitini bloklamasına cavab olaraq bu qərarlara veto qoyduğunu bildirirdi.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
22
icma.az

1Источники